16 İyul 2025 / 13:46

Xabarovskda qəzaya uğrayan Mi-8 helikopterində olanların hamısı həyatını itirib

Rusiyanın Xabarovsk diyarında radarlardan itən Mi-8 tipli helikopter iki günlük axtarışlardan sonra Gadikan burnu yaxınlığında tapılıb.

Tezadlar.az xəbər verir ki, Rosaviatsiya və Rusiya Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi xəbərə görə, göyərtədə olan 5 nəfərin hamısı həlak olub.

Qəzada həyatını itirənlər arasında 3 ekipaj üzvü və 2 texniki mütəxəssis yer alıb.

Qeyd edək ki, helikopter təxminən 1500 metr hündürlükdə, tayqa ilə əhatə olunmuş qayalı ərazidə qəzaya uğrayıb. Bu səbəbdən xilasedicilərin qəza yerinə çıxışı və ərazinin araşdırılması xeyli çətin olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!