Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 21:38

Xaçmazda 14 yaşlı məktəblinin ölümü ilə nəticələnən qəzanın təfərrüatları açıqlanıb

Xaçmazda ölümlə nəticələnən avtoqəzanı törədən sürücünün kimliyi məlum olub.

“Tezadlar.az”ın məlumatına görə, rayonun Nərəcan kəndin ərazisində piyadanın ölməsi ilə baş verən avtoqəzanı törədən şəxs Təyyar Xəlilovdur.

Qeyd edək ki, T.Xəlilov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə qohumu, Nərəcan kənd sakini 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub.

T.Məcidovun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Qəzanı törədən T.Xəlilov isə saxlanılıb.

Faktla bağlı  araşdırma aparılır.

16:59

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Tezadlar.az”ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada, 14 yaşlı Məcidov Turan Məmməd oğlunu vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılsa da, yolda ölüb.

Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 8-ci sinifində oxuyurdu.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!