25 İyul 2025 / 13:11

Arif Babayevin oğlu: Vəziyyəti yavaş-yavaş yaxşılaşır

Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.

Bu barədə “Tezadlar.az” xəbər veriri ki, Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bildirilib.

“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinikaya təxliyə olunub.

***

Arif Babayevin vəziyyəti hazırda stabildir.

Bunu sorğumuza cavab olaraq Xalq artistinin oğlu Yaşar Babayev bildirib.

“Atamın vəziyyəti yavaş-yavaş yaxşılığa doğru gedir. Həkimlərin nəzarəti altındadır. Bu gün bir az irəliləyiş var, çox sevinmişik”, – deyə o bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!