Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


9 noyabr Xalq şairi Zəlimxan Yaqubun anım günüdür.
Tezadlar.az xatırladır ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində anadan olub. O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. İctimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. Xalq şairi 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. O, Bakıda I Fəxri Xiyabanda dəfn edilib.
***
Xalq şairi Zəlimxan Yaqub “Təzadlar”ın redaksiyasını həmişə doğma ünvanı bilərək tez-tez qonağımız olardı… O, maraqlı söhbət və xatirələri ilə yaddaşımızdadır.
Bir dəfə redaksiyaya gəlmişdi, əməkdaşımız Elçin Məmmədli ondan müsahibə götürməli idi. Şair deputat olduğundan həmin gün Milli Məclisdə saat 12-də başlayacaq hansısa iclasa çatmalı idi deyə, biz onu tələsdirirdik ki, müsahibəni tez götürək, qaçaraq alınmasın. Şair isə müsahibədə toxunacağı mövzu ətrafında hələki elə-belə ayaqüstü söhbət edirdi. Baxdım ki, iclasa yarım saat qalıb, müsahibə isə hələ başlamayıb, dedim, şair, iclas neçədədir?
Gülümsəyib: -Saat 12-dədir…-dedi…
Ani olaraq saatına baxdı, gülərək dedi, “Birdən vaxtınızı alaram haaa…
Mən də zarafatla: -Yox şair, nə danışırsız?! Siz bizim yox, öz vaxtınızı alırsınız…
Söz adamı idi, dərhal vəziyyəti qiymətləndirib müsahibəyə keçdi…
İstəkli şairi hörmətlə anır ona Allahdan rəhmət diləyirik!
Asif Mərzili