Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İranın ali dini lideri Ayətullah Əli Xamenei Tehrana yeni zərbələrdən yayınmaq üçün nüvə proqramı üzrə danışıqların bərpasını dəstəkləyir.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
“Son söz ali rəhbər Ayətullah Əli Xameneiyə məxsusdur. KİV-dəki mənbələrin məlumatına görə, o və ruhanilər İran İslam Respublikasının “sağ qalması” üçün həyati əhəmiyyət kəsb edən danışıqları davam etdirmək barədə razılığa gəliblər”, – agentlik yazıb.
Eyni zamanda, İran Xarici İşlər Nazirliyi nüvə danışıqlarının bərpası ilə bağlı hələlik rəsmi qərarın verilmədiyini bildirib.