Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Yanvar 2026 / 09:30

Xamenei Trampın devriləcəyini dedi- ABŞ liderini Qurana tapşırdı!

İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampın devriləcəyini bəyan edib. Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, o, bu fikirləri dövlət televiziyasında yayımlanan çıxışı zamanı səsləndirib. Xamenei bildirib ki, tarixdə Firon, Nəmrud, Rza şah və Məhəmməd Rza kimi tiranlar təkəbbürlərinin ən yüksək nöqtəsində devriliblər. Onun sözlərinə görə, Donald Trampı da eyni aqibət gözləyir. Ali dini rəhbər ölkədə davam edən etiraz aksiyalarına baxmayaraq, İslam Respublikasının geri çəkilməyəcəyini vurğulayıb. O qeyd edib ki, İran İslam Respublikası yüz minlərlə insanın qanı bahasına qurulub və hakimiyyət diversantların qarşısında geri addım atmayacaq. Xameneinin sözlərinə görə, etiraz aksiyalarında iştirak edən şəxslər ABŞ prezidentini razı salmaq məqsədilə hərəkət edirlər. O, Donald Trampın ölkə idarəçiliyi sahəsində bacarıqsız olduğunu iddia edərək, ABŞ-da ciddi problemlərin mövcud olduğunu bildirib. Çıxışı zamanı Xamenei tərəfdarlarını birliyə çağıraraq, xüsusilə gənclərə səslənib. O bildirib ki, birlik nümayiş etdirən xalq istənilən düşmənə qalib gələ bilər.

Qeyd edək ki, İranda etiraz aksiyaları təxminən iki həftə əvvəl milli valyutanın kəskin ucuzlaşmasına etiraz olaraq başlayıb. Aksiyalar ölkənin 20-dən çox vilayətini əhatə edib. Məlumata görə, etirazlar zamanı azı 34 etirazçı və təhlükəsizlik qüvvələrinin 8 əməkdaşı həlak olub, 2 270 nəfər saxlanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!