29 İyul 2025 / 10:38

Xanım sürücü qəza törətdi, həyatını itirdi

Bu gün Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib, ölən var. Tezadlar.az xatırladır ki,  hadisə şəhərin Sahil küçəsində baş verib və avtoqəza zamanı “Kia” markalı minik avtomobilinin sürücü, 1992-ci il təvəllüdlü Günel Bəylər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!