Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2025 / 14:04

Xankəndi şəhərində əmək yarmarkası keçirəcək – müxtəlif vakansiyalar çıxarılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı Xankəndi şəhərində əmək yarmarkası keçirəcək.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir 4 iyun 2025-ci il tarixdə, saat 11:00-da filialın Xankəndi şəhər xidmət şöbəsinin inzibati binasında (Xankəndi şəhəri, Abbasqulu Ağa Bakıxanov küçəsi, 47) təşkil olunacaq.

“Qoç ət” Kəndli Fermer Təsərrüfatı” MMC-nin dəstəyi ilə keçiriləcək yarmarkada Xocalı rayonu üzrə həmin müəssisəyə aid mühasib, traktorçu, baytar, təmirçi-çilingər, mexanik və s. iş yerləri üzrə vakansiyaların çıxarılması nəzərdə tutulub.

Aktiv məşğulluq tədbirində bu vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!