Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xaçmaz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Tezadlar.az xəbər verir ki, görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı biznes nümayəndələrinin məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil olunub.
Görüşdə sahibkarlara sərhədkeçmə, rəsmiləşdirilmə, gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, könüllü riayət prinsipinin təşviq edilməsi ilə bağlı həyata keçirilən yeniliklər barədə məlumat verilib.
Həmçinin biznes nümayəndələri “Íkipilləli buraxılış sistemi”, “Rəqəmsal gömrük dəyəri” layihəsi barədə ətraflı məlumatlandırılıblar.
Sonda sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
RÖVŞANƏ