6 Oktyabr 2025 / 07:23

Xarkovda silsilə partlayışlardan sonra elektrik enerjisi kəsilib

Xarkovda baş verən silsilə partlayışlardan sonra elektrik enerjisində fasilələr yaranıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bir saat ərzində şəhərdə 14 partlayış səsi eşidilib.

Hazırda Ukraynanın Sumı, Xarkov və Çerniqov vilayətlərində hava hücumu sirenləri işləyir.

Oktyabrın 5-də axşam saatlarında Xarkov yaxınlığında iki partlayış baş verib.

Oktyabrın 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın enerji infrastrukturuna və hərbi obyektlərinə hücum edib. Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Rusiya qoşunları 50-dən çox raket, o cümlədən Kinjal raketləri və 500-ə yaxın pilotsuz uçuş aparatından istifadə edib. Ukraynanın bir neçə şəhəri işıqsız qalıb, Lvov vilayətində sənaye parkı və qaz anbarı yanıb.

Kütləvi zərbələrdən sonra Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı soyuqdan silah kimi istifadə etməkdə ittiham etdi və Zelenski “səmada birtərəfli atəşkəs” tətbiq etməyi təklif etdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!