Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı , bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən tezadlar.az- a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, Salyan), Qarabağ və Şərqi-Zəngəzur (Ağdam, Xankəndi, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) bölgəsində yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.