Yazının qısa icmalını qeyd edirəm: “ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) peykləri Azərbaycan yaxınlığındakı Kabus adanın şəklini çəkib. Alimlər adanın görünüşünü Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər. Müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin mayında sənədləşdirilib. Lakin növbəti il yoxa çıxıb. Ada 20-ci əsrdə təxminən altı dəfə sulara çıxıb və yox olub. Adanın son görünüşü 2023-cü ilin yanvarında qeydə alınıb, lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı görünür.”
Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məhşurdur. Azərbaycanın dərin sirrləri ilə diqqət çəkir. Bunlardan biri də Xəzər Dənizinin mistik xüsusiyyətləri və onun ətrafındakı hekayələrdir. Xəzər, dünyanın ən böyük daxili dəniz (göl) olmaqla yanaşı, həm də qədim zamanlardan bu yana sayısız miflərə, inanclara və sirrlərə ev sahibliyi edib.
2023-cü ilin fevral ayında peyk görüntüləri palçıq leyləsi ilə əhatə olunmuş diametri 400 metr olan bir ada aşkar etdi. Təhlillər göstərdi ki, ada 30 yanvar – 4 fevral tarixləri arasında əmələ gəlib. O, 2024-cü ilin sonuna qədər davam edib və yox olub. Xəzərin bu hissəsində ilk belə ada 1861-ci ilin mayında müşahidə edilib. Onun eni 87 metr olub, dəniz səthindən 3,5 metr hündürlükdə qalxıb. 1862-ci ilin əvvəllərində bu yamaq yuyuldu. Vulkanın ən güclü püskürməsi isə 1950-ci ildə qeydə alınıb. Sonra Kabus adanın ölçüsü eni 700 metr, hündürlüyü isə 6 metrə çatdı.
Bu Kabus adan, Çigil adası palçıq vulkanı Xəzər dənizində, Bakı arxipelaqında yerləşən palçıq vulkanıdır. Bu vulkanın püskürmələrindən sonra adalar yaranır, lakin bu adalar qısa zamanda dalğalarla yuyulur və vulkanın əsas kütləsi su altında qalır. Çigil Dəniz vulkanı periodik olaraq püskürən vulkanlar sırasına aiddir.
Qeyd edim ki, dünyada Kabus ada kimi digər biri də Sakit oceanda görülüb 2019-cu ildə. Yeni Kaledoniya və Vanuatu və Böyük Baryer Rifi arasında görünüb itən bu Kabus ada Xəzər dənizində olan Kabus ada kimi alimlərin diqqət mərkəzindədir.