14 İyul 2025 / 14:52

Xəzər Universitetində ilk dəfə

Universitetin nəzdində fəaliyyət göstərəcək  Hasvet Baytarlıq Təbabəti fakültəsinin tədris xəstəxanasının rəsmi açılış mərasimi keçirilib…

Bu yaxınlarda dünyanın 2500 universiteti arasında keçirilən rəy sorğusuna görə Azərbaycandan yalnız Xəzər Universiteti və BDU ən yüksək nəticə göstərmişdir. Bəzi əmsallarda isə Xəzər universiteti üstün olsa da reytinq balları eyni olmuşdur. Bu da onu göstərir ki, Xəzər Unuversiteti verdiyi keyfiyyətli təhsilə görə artıq Avropada və dünyada tanınan universitetlərin sırasındadır. Tələbələrə elm və bilik öyrədilməsində həmişə yeniliyə və müasir texnologiyaya üstünlük verən Universitet rəhbərliyi, yenə də Azərbaycan universitetləri arasında  bir ilkə imza atmağı bacarmışdır.

***

Bu günlərdə Xəzər Universitetinin “Hasvet Baytarlıq Təbabəti” fakültəsinin tədris xəstəxanasının rəsmi açılış mərasimi baş tutmuşdur. Azərbaycan universitetləri arasında ilk dəfə olaraq nəinki bir Ali məktəbdə Baytarlıq fakültəsi fəaliyyətə başlayır, hətta tələbələrin bu ixtisasa mükəmməl yiyələnməsi və təcrübə keçməsi üçün xüsusi xəstəxana da tikilib istifadəyə verilib. Düzdür, indiyə qədər baytarlıq fakültəsi Lənkaran Dövlət univesitetində və Gəncə Dövlət Univesitetində mövcud olub.Amma belə geniş profilli və bu sahə üzrə öz xəstəxanası olan Ali təhsil ocağı yalnız Xəzər universitetidir.

Baytarlıq faskültəsinin və uyğun xəstəxananın açılışı münasibətlə keçirilən geniş tədbirdə dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, media təmsilçiləri, sahənin tanınmış mütəxəssisləri və baytarlıq fakültəsi tələbələri iştirak etmişlər. Açılış mərasiminin başlanğıc hissəsində “Ağaclı” adlandırılan xalça ilməsinin kəsilməsi həyata keçirilmişdir. Xalçada əks olunan “Həyat Ağacı” motivi torpaq, həyat və sonsuzluğu simvolizə edərək tədbirin ruhuna dərin məna qatmışdır.

Mərasimin rəsmi hissəsi Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Daha sonra  hər iki qardaş ölkənin dövlət himnləri səsləndirilmişdir. Tədbirin rəsmi hissəsi gələn qonaqların açılış nitqləri ilə davam etdirilmişdir. Çıxış edənlər, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Hamlet İsaxanlı, Hasvet Anonim Şirkətinin İdarə Heyətinin sədri Hidayət Şimşək, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof. Birol Akgün, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan Sağlamlığı və Bioloji Təhlükəsizlik Şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Sialə Rüstəmova və Hayvandarlıq İnstitutunun direktoru Mahir Hacıyev bu mühüm təşəbbüsün baytarlıq təhsili, elmi tədqiqat və praktiki fəaliyyət sahələrində strateji əhəmiyyətini vurğulayıblar.

Çıxışlardan sonra qonaqlar xəstəxananın açılışını bildirən lentkəsmə mərasimində iştirak edərək, müəssisə ilə tanışlıq üçün təqdimat turuna qatılıblar. Daha sonra tədbir bədii hissə ilə davam etdirilmişdir.

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!