Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün Bakıdakı “HİLTON” otelin böyük zalında Azərbaycan ali təhsil sistemində mühüm rol oynayan Xəzər Universitetinin yaradılmasının 35 illiyi qeyd edildi.
Xat;rladaq ki, 1991-ci ildə bütün postsovet məkanında ilk özəl ingilisdilli universitet kimi yaradılan Xəzər Universiteti ötən 35 il ərzindəAzərbaycanda ali təhsilin modernləşməsinə mühüm töhfə verib. Universitet beynəlxalq akademik əməkdaşlıq, keyfiyyətli təhsil modeli və elmi fəaliyyətin inkişafı sahəsində önəmli uğurlar əldə edərək ölkənin aparıcı ali təhsil və tədqiqat mərkəzlərindən birinə çevrilib.
Onu da deyək ki, yubiley ili çərçivəsində 17-19 mart tarixlərində silsilə tədbirlərin təşkil olunması planlaşdırılır. 35 illik yubileyə həsr olunmuş ilk tədbir isə bu gün – mart ayının 17-də beynəlxalq əməkdaşlıq mühitində “Hilton” hoteldə keçirildi.
“Təzadlar”ın əməkdaşlarının da dəvət olunduğu yubiley mərasimində Azərbaycanın dövlət və hökumət nümayəndələri, diplomatik korpus üzvləri, ölkənin və dünyanın müxtəlif universitetlərinin rəhbərləri, akademik ictimaiyyətin, biznes tərəfdaşlarının, məzunların və tələbələrin iştirakı xoş ovqat yaradırdı.
Yubiley mərasimi xüsusi bədii kompozisiya ilə başladı. Sonra Xəzər Universitetinin tələbələrdən ibarət xor kollektivi kamera orkestrinin müşaiyəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Daha sonra Xəzər Universitetinin yaradıldığı ilk illərdən bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən sənədli film nümayiş olundu.
Yubiley mərasiminin rəsmi hissəsində Xəzər Universitetinin təsisçisi, eyni zamanda Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, rektor Dr. Raziyə xanım İsayeva çıxış etdi. Həmçinin dünyanın bir sıra aparıcı universitetlərinin rektorları, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan millət vəkilləri, ziyalılar, qonaqlar təbrik nitqləri səsləndirdi.
Daha sonra xüsusi yubiley təltifləri təqdim edildi və incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olundu.
Xəzər Universitetinin 35 illik yubileyi yalnız keçilən yolun qeyd olunması deyil, həm də universitetin gələcək inkişaf istiqamətlərini və qlobal akademik məkanla əməkdaşlığının daha da genişləndirilməsi məqsədini nümayiş etdirən əlamətdar hadisədir.
Xəzər Universitetin rəhbərliyini, pedoqoji kollektivi yubiley münasibətilə ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayırıq!
Daha ətraflı yazı təqdim ediləcək.
Yasəmən MƏMMƏDLİ
