Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin dörd diplomatik missiyasının rəhbərləri ilə görüş keçirib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya KİV XİN-ə istinadən bildirir.
“Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin dörd diplomatik missiyasının rəhbərləri ilə illik görüş keçirib. Xəzər regionunda çoxşaxəli əməkdaşlıq və “beşlik” çərçivəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsi ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparılıb”, – məlumatda deyilir.
Bundan başqa, tərəflər Xəzəryanı dövlətlər formatında ali və yüksək səviyyəli görüşlərə hazırlığı müzakirə ediblər.