Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Velikiy Novqorodda müqavilə əsasında xidmət etmiş XHƏ iştirakçısı Rusiya Könüllülər Korpusuna (Rusiyada qadağan olunmuş terror təşkilatı) qoşulmaq istəyib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Agentliyin məlumatına görə, Velikiy Novqoroddan olan xüsusi hərbi əməliyyatın (XHƏ) iştirakçısı müqaviləsini başa vuraraq şəhərə qayıdıb. Bundan sonra o, 2024-cü ilin yanvarından qadağan olunmuş birləşməyə qoşulmağa və Ukrayna tərəfində münaqişədə iştirak etməyə çalışıb.
Əslində, həmin şəxs silahlı birləşməyə qoşulmaq üçün xarici dövlətin ərazisinə getməyə cəhd etməyib, lakin onun əməlləri dövlətə xəyanət maddəsi ilə cinayət törətməyə şərait yaradır.
Nəticədə, ona bu cür hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edilib.
Daha əvvəl bildirilmişdi ki, rus Ukraynanın Baş Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa görə beş min rubl qazanıb və həbs cəzası alıb.
E.ŞİRİNOV