Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaponiyanın hakim Liberal Demokratik Partiyası (LDP) 64 yaşlı Sanae Takaitini yeni sədr seçib.
Oktyabrın 15-də parlament tərəfindən təsdiqləndikdən sonra o, Yaponiyanın baş naziri və bununla da Asiya ölkəsinin tarixində bu vəzifəni tutan ilk qadın olacaq.
Tezadlar.az RBC məlumat yayıb.
Takaiti LDP-nin ən təcrübəli siyasətçilərindən biridir, Kobe Universitetini və Matsusita Dövlət İdarəçiliyi və Menecmentlik İnstitutunu bitirib.
1987-ci ildə qrant qazanaraq ABŞ-a köçüb və orada konqresmen Patrisiya Şröderin ofisində işləyib.
1989-cu ildə Yaponiyaya qayıdan Takaiti 1993-cü ildə Yaponiya parlamentinin aşağı palatasına seçildi.
Takaiti ilk nazir postunu 2006-cı ildə qazanıb. O zamankı baş nazir Şinzo Abe onu bir neçə vəzifəyə təyin etmişdi: elm və texnologiya siyasəti naziri, innovasiyalar naziri, gənclər və gender bərabərliyi naziri, qida təhlükəsizliyi naziri,
eləcə də Okinava və Şimal əraziləri üzrə nazir.
Ancaq cəmi bir il sonra Abe istefa verdi və hökuməti buraxdı. İki il sonra isə LDP parlament seçkilərində uduzaraq müxalifətə keçdi.
2012-ci ildə Abe növbəti seçkilərdə partiyasını qələbəyə aparıb baş nazir kürsüsünə qayıtmağı bacarıb. Onunla bərabər Takaiti də hakimiyyətin ən yüksək eşelonlarına qayıtdı.
Takaiti kifayət qədər mühafizəkar və şahin baxışları ilə tanınır və bu baxımdan, mərhum baş nazir Şinzo Abenin varisi hesab olunur.
JASMİN