Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yaponiyanın Baş naziri Şiqeru İşiba NATO sammitinə səfərini rəsmən ləğv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Onun yerinə xarici işlər naziri Takeşi İvaya gedəcək.
“Baş nazir İşibanın NATO sammitində iştirak etmək üçün iyunun 24-26-da Niderlandın Haaqa şəhərinə planlaşdırılan səfəri bir sıra hallar səbəbindən ləğv edilib”, – Yaponiya diplomatik agentliyi bildirib.
Səfərin ləğv edilməsinin səbəbləri barədə məlumat verilməsə də, ABŞ-ın İrana zərbələr endirməsi və ABŞ prezidenti Donald Trampın sammitdə iştirakdan imtina etməsi mümkün izahat hesab olunur.
E.ŞİRİNOV