9 Aprel 2026 / 22:45

“Yaşıl” planlaşdırma və çoxfunksiyalı tikinti ön plana çıxır

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində şəhərsalma planlaşdırmasına yeni yanaşmaların sınaqdan keçirilməsi üçün şəhər inkişafı layihələrindən istifadə olunur.

Tezadlar.az xəbər verir ki, bu barədə “Euronews”un davamlı şəhər inkişafı və postmünaqişə dövründə bərpa prosesində müasir tendensiyalara həsr olunmuş reportajında deyilir.

Telekanal qeyd edir ki, hakimiyyət nümayəndələri və sahə mütəxəssisləri çoxfunksiyalı tikinti, “yaşıl” planlaşdırma və gündəlik həyata inteqrasiya olunmuş infrastruktur kimi şəhərsalma modellərinə diqqət yetirirlər.

“İrimiqyaslı yenidənqurma və yeni şəhərlərin yaradılması layihələri postmünaqişə dövründə bərpa və şəhərsalmada platforma rolunu oynayır”, – reportajda deyilir.

Reportajda rəsmi şəxslərin qiymətləndirmələrinə görə, əsas amil dövlət institutları və beynəlxalq tərəfdaşların əməkdaşlığıdır:

“Şəhər əhalisinin sayı artmağa davam edir, buna görə də bu cür təşəbbüslər şəhərlərin iqtisadi, ekoloji və sosial dəyişikliklərə necə uyğunlaşa biləcəyi ilə bağlı müzakirələri genişləndirməlidir”.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!