Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 May 2025 / 12:18

Yazıçı, dramaturq Əbdürrəhim bəy Haqverdiyevin 155 illiyinə həsr olunmuş tədbir düzənləndi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 158 №-li tam orta məktəbdə Azərbaycanın görkəmli dramaturqu, naşir, publisist Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirdi. Tədbirdə Mərkəzi Kitabxananın abonement bölməsinin müdiri Lalə Səlimova yazıçının həyatı, ədəbi yolu, ictimai fəaliyyəti haqqında məlumat verdi.  Uşaq şöbəsinin müdiri Sevil Namazova çıxışında bildirdi ki, ədib ilk realist dramaturqlarımızdan biri idi. O, satira və yumor vasitəsilə cəmiyyətin eybəcərliklərini üzə çıxarmağa çalışmışdır, bu da hər zaman oxucunu düşünməyə təşviq edir.

Məktəbin ədəbiyyat müəllimi Xuraman Əliyeva çıxışında yazıçının ədəbiyyata və cəmiyyətə verdiyi töhvələri, onun irsinin bu gün də əhəmiyyətli olduğunu vurğuladı və qeyd etdi ki, bu yubiley münasibətilə keçirilən tədbir təkcə onun irsinə hörmət deyil, həm də gənc nəslin bu dəyərli irsi daha dərindən tanınmasına, ondan ilham almasına zəmin yaradır. Əbdürrəhim bəy Haqverdiyevin zəngin yaradıcılığı gələcək nəsillər üçün hər zaman örnəkdir. Tədbirdə iştirak edən müəllimlər Nəzakət Səfərova, Pərzad Vahabova, Şayəstə Məşədiyeva yazıçının yaradıcılığında xalqı maariflənməyə cağırmağından, əsərlərinin bu gün də aktual olmasından danışdılar.  Məktəbin 8-ci və 10-cu sinif şağirdləri Əlisəfa Ziyadlı, İsmət Əliyev, Məhəmməd Nuriyev və b. Əbdürrəhimbəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsinə dair səhnəcik nümayiş etdilər.  Sonda məktəbin müəllimi Nəzakət Səfərovanın hazırladığı Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olundu.

Y.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!