…Aşağıda əl güzgüsünün arxasında çəkilmiş eskizdə bacarıqlı qılıncoynadan bəyin dostu xanıma qılıncı necə tutmaq, necə zərbə endirmək, necə müdafiə olunmaq – bir sözlə, qılıncoynatma qayda-qanunlarını öyrətmə anlarının əksi verilib.
Qadının sağ əlində kəsərli qılınc, sol əlində dairəvi qalxan var.
Məşqçinin sol əlindəki isə qısa qəmədir. Görünür, Etrusk zabiti qadın zabit həmkarına (zəngin və unitar geyimlərindən onların hərbçi olduqlarını deməyə əsasımız var) müxtəlif növ silahların toqquşması səhnəsini nümayiş etdirir qız dostuna.
İki sözdən ibarət yazının fonları yaxşı qorunub, ağ rənglə bir az da qabartdığım və aşağıda güzgünün sağ yanında ayrıca təqdim etdiyim sözlər bunlardır:
Ya sözləri düzülmə qaydasında soldan sağa götürsək:
“MƏMNUN SAXLE” kimi açılır.
Məşqçi zabit qadının qılıncoynatmadakı hazırlığından məmnunluğunu ifadə edir:
SAXLA, [MƏN] MƏMNUN ! Yaxud: “MƏMNUN, SAXLA !”
Ortadakı qanadlı qadın fiquru ya sadə müşahidəçidir, ya, oyuna hakimlik edən dostlardandır.
Güzgünün əsasən yanlarında çox sayda qırmızıyacalan ləkələr alt qatdakı bürüncün eskizin üzünə çəkilmiş qara minanı qabardıb tökdüyü yerlərdir. Qədim bürüncün tərkibindəki misin (Cu-Kuprum) havadakı oksigenlə oksidləşmiş (CuO) və (Cu20) növləri.
____________________________________
* İndi “MƏMNUN” ərəb sözüdür” deyib, onu dilimizdən çıxarmağı tələb edən dargözlülərədir sözüm:
– Bu güzgünün ən azı 2500 il yaşı var. Ete Türkü İtaliyaya “MƏMNUN” sözünü ərəbdən alıb gətirməmişdi. O, TURAN və ADRİ//ATİK (Hər iki dəniz 3 Türk tayfasının adınadır) dənizləri ilə aləmdən təcrid edilmiş dünyasında öz Söz fondundan xərcləyirdi. Heç kəsdən borc almırdı. O cənubdan latınlara, qreklərə, şimaldan qallara, liqurianlara, seltik tayfalarına hər şeydə kredit verirdi.
Tariyel AZƏRTÜRK,
Professor
(ABŞ)