10 Fevral 2026 / 04:19

Yerevanda Vensin təyyarəsinin qarşısına erməni xalçası düzülüb – “The Guardian”

ABŞ vitse-prezidenti J.D.Vensin təyyarəsi Yerevan hava limanına eniş edərkən, pilləkənlərinin qarşısına bir erməni xalçası sərilib.

Tezadlar.az xəbər verir ki, xalça Britaniyanın “The Guardian” qəzetinin jurnalisti Yakub Krupanı heyrətləndirib.

Məqaləsində o, oxucuları “bu möhtəşəm xalçaya” diqqət yetirməyə çağırıb.

“Zəhmət olmasa, Ermənistanda J.D.Vens ayağı altına sərilmiş bu möhtəşəm xalçaya nəzər sala bilərsinizmi? Təəssüf ki, bunun arxasındakı bütün hekayəni bilmirəm (bilirsinizsə, paylaşın), amma… sadəcə bu gözəlliyə baxın!” – deyə jurnalist bildirib.

Fevralın 9-da J.D.Vens rəsmi səfərlə Yerevana gəlib. Həyat yoldaşı Uşa Vens və uşaqları da Ermənistana gəliblər. Vitse-prezidentin təyyarəsi Zvartnots hava limanına eniş edib. Əvvəllər Dövlət Departamenti Vensin bu həftə Yerevan və Bakıya səfər edəcəyini açıqlayıb.

Daha əvvəl Vensin Yerevana gəlişindən sonra ermənilər etiraz ediblər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!