Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ötən gün yol qəzasına düşmüş Fövqəladə Hallar Nazirliyinin (FHN) sürücüsü vəfat edib.
Hadisə Oğuz rayonunun Sincan kənd ərazisində qeydə alınıb. Belə ki, yanvarın 14-də FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Oğuz rayonu DYMH-də sürücü kimi çalışan Aslan Umarov rayon ərazisində yol qəzasına düşüb. O, yanvarın 17-də saat 12 radələrində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Hadisənin kimin günahından olduğu barədə hələki məlumat verilmir. Lakin fakt odur ki, ortada sürücü diqqətsizliyi var.
A.Məmmədli