25 Avqust 2025 / 19:08

Yolda nəzarət artırılır: yeni kameralar və radarlar istifadəyə verilir

Köhnə Ələt-Astara avtomobil yolunda təhlükəsizlik tədbirləri gücləndirilir.

“Tezadlar”ın Muğan bürosunun məlumatına görə, bu məqsədlə sözügedən yolun Biləsuvar və Cəlilabad rayonlarından keçən hissəsində müşahidə kameraları quraşdırılır.

Qeyd edək ki, bundan öncə də Daxili İşlər Nazirliyi tərəfindən “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində Biləsuvar rayonu ərazisində ümumilikdə 80 müxtəlif nöqtədə 176 ədəd yeni, müasir müşahidə kameralarının və 12 ədəd radar cihazının quraşdırılması işlərinə başlanılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!