Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ruslan ötən il iyulun 18-də əsgərliyə gedib.
TEZADLAR.AZ xəbər verir ki, bunu İctimai TV-ə (İTV) açıqlamasında Ruslan Pənahovun anası deyib.
“Bu gün mənə gəlib dedilər ki, uşaq yoxdur. Dünən səhər danışdım onunla. Dedi ki, yaxşıyam, narahat olma, hər şey yaxşıdır”, – deyə o bildirib.
Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.
trend