Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süqutu, Əfşarlar imperiyasının yaranması və yüksəlişi fonunda Nadir şahın həyat və fəaliyyətini əhatə edən “Nadir şah” romanı “Xan” nəşriyyatı tərəfindən yenidən oxucuların ixtiyarına verilib. Tarixi roman janrında qələmə alınmış əsərdə XVIII əsrin mürəkkəb siyasi prosesləri, daxili çəkişmələr, xarici müdaxilələr və bu fonda Nadir şahın dövlətçilik uğrunda apardığı mübarizə geniş təsvir olunur. Əsər Azərbaycan tarixinə və dövlətçilik ənənələrinə maraq göstərən oxucular üçün dəyərli bir mənbə hesab olunur.
Tezadlar.az qeyd edir ki, “Nadir şah” romanı ilk dəfə 2008-ci ildə nəşr olunub və bu günədək azərbaycan, rus, ingilis və türk dillərində çap edilib. Roman həm ölkə daxilində, həm də beynəlxalq kitab sərgilərində maraqla qarşılanıb.
Kitab əsas kitab mağazalarında və onlayn platformalarda satışdadır.