Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyul 2024 / 08:18

ZAKİR HƏSƏNOV AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ XİDMƏT EDƏN HƏRBİ QULLUQÇULARLA GÖRÜŞÜB

Müdafiə Nazirliyinin rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin bütün bölgələrində, o cümlədən azad edilmiş ərazilərdə hərbi qulluqçuların maddi-texniki təminatının və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üzrə görülən işlərdən danışıb.

Azərbaycan Ordusunda aparılan islahatların müsbət nəticələrini qeyd edən nazir bu istiqamətdə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini əminliklə bildirib.

Sonda general-polkovnik Z.Həsənov hərbi qulluqçuların qayğıları ilə maraqlanıb, onların fərdi hazırlığının inkişaf etdirilməsi, eləcə də bilik və bacarıqlarının artırılmasına dair şəxsi heyətə müvafiq tövsiyələr verib.

R.XUDATQIZI

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!