Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Melitopolun bir hissəsi, Berdyansk, Enerqodar, Kamenka-Dniprovska və Zaporojye vilayətinin üç bələdiyyə rayonu Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz təyyarələrinin endirdiyi zərbələrə görə işıqsız qalıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Yevgeni Balitski məlumat verib.
“Düşmən PUA-larının Zaporojye vilayətinin ərazilərinə kütləvi hücumu nəticəsində Melitopol, Kamenka-Dniprovska, Enerqodar, Berdyansk, Akimovski, Primorski və Çerniqov bələdiyyə rayonlarının bir hissəsi elektriksiz qalıb. Su təchizatının işçi təzyiqi azaldılıb. Fövqəladə halların nəticələri aradan qaldırılıb”, – o, Telegram kanalında yazıb.
E.ŞİRİNOV