Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Zaporojye vilayətinin Primorsk şəhər sakini Rusiya FTX-nin regional idarəsinin əməkdaşları tərəfindən Ukrayna Silahlı Qüvvələri və xüsusi xidmət orqanlarını maliyyələşdirdiyinə görə saxlanılıb.
Tezadlar.az Rusiya mətbuatına istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb, şübhəli şəxs törətdiyi cinayəti etiraf edib.
“Müəyyən edilib ki, Zaporojye vilayətinin Primorsk şəhər sakini Ukrayna xüsusi xidmət orqanlarının və Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan bank hesablarına pul köçürüb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs saxlanılaraq ifadə verib”, – məlumatda deyilir.
Mətndə deyilir ki, Rusiya FTX-nin Zaporojye vilayəti üzrə İstintaq İdarəsi tərəfindən “Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə “Dövlətə xəyanət” maddəsi ilə cinayət işi açılıb.
İdarədən əlavə ediblər ki, həbs qətimkan tədbiri seçilib.
E.ŞİRİNOV