Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ML Vitebsk” klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkov bildirib ki, bu mövsüm “Qarabağ” klubunda oynamaq imkanı olub.
Tezadlar.az xəbər verir ki, o, bu barədə ölkəsinin mediasına müsahibəsində bildirib.
“ML” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm. Ona görə də şans yoxdur. Qərarımı dəyişməyəcəyəm,” – deyə Volkov bildirib.
Qeyd edək ki, Volkov bu yay “Vitebsk” klubuna Rusiya “Arsenal”ından keçib.