Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir”.
“Tezadlar.az” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevin bir müddət öncə XİN-ə çağırılaraq ona Bakıda saxlanılan Rusiya vətəndaşlarının dərhal azad edilməsi tələbi ilə bağlı nota təqdim edildiyini xatırladıb.
Onun sözlərinə görə, hazırda Azərbaycanla ikitərəfli münasibətlər çətin mərhələdədir.
Xatırladaq ki, Yekaterinburqda iki azərbaycanlının vəhşicəsinə öldürülməsindən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşib.