13 Sentyabr 2025 / 21:19

Zelenski Avropaya səslənərək Rusiyaya sanksiya tətbiq etmək üçün bəhanə axtarmamağı xahiş etdi

“Mən bütün tərəfdaşlarımızdan xahiş edirəm: daha sanksiyaların tətbiq edilməməsi üçün bəhanə axtarmağı dayandırın…” Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

O, Avropa ölkələrinə müraciət edərək yalnız sanksiyaların Rusiyanın apardığı müharibəyə son qoya biləcəyini vurğulayıb:

“Bu müharibənin sona çatmasını istəyən hər kəs Rusiya müharibə maşınının dayandırılması üçün zəruri olan addımları atmalıdır. Biz ABŞ-dən güclü addımlar, güclü sanksiya və tarif siyasəti gözləyirik. Elə bir siyasət ki, dünya üçün ciddi arqument olsun”.

“Əgər Putin sülh istəmirsə, onu sülhə məcbur etmək lazımdır. Putinin müharibəsi, yalnız o – şəxsən özü – onu davam etdirə bilməyəndə bitəcək”, – Zelenski qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!