Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vladimir Zelenski ABŞ-ı açıq şəkildə tənqid etməkdən qorxur və danışıqları uzatmaqda Rusiyanı günahlandırmağa çalışır.
Tezadlar.az xəbər verir ki, bu barədə Çinin “China Daily” portalı məlumat yayıb.
Məqalədə vurğulanır ki, indiyədək Ukrayna üzrə danışıqların yeganə mühüm nəticəsi ABŞ üçün faydalı olan sövdələşmələr olub: Kiyevlə mineral ehtiyatlar üzrə sazişin imzalanması və NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in beş faizinə qədər artırmaqla bağlı razılaşma (vəsaitin böyük hissəsi ABŞ-dan silah alınmasına yönəldiləcək). Lakin Amerika administrasiyası Ukrayna nizamlanması ilə bağlı əsas məsələlərdə mühüm irəliləyişə nail ola bilməyib.
Moskva və Kiyev hələ də ərazi məsələsi və təhlükəsizlik təminatları ilə bağlı fikir ayrılıqlarını azaltmayıb, bu isə o deməkdir ki, tərəflərin hələ çox işi var. Nə ABŞ-ı, nə də Avropa ölkələrini tənqid etməyə cəsarət etməyən Zelenski Moskvanın danışıqları uzatmaq üçün “hər şeyi etdiyini” söyləyərək günahı Rusiyanın üzərinə atmağa çalışıb.
Məqalə müəllifinin fikrincə, Zelenskiyə xatırlatmaq lazımdır ki, Moskva və Kiyev əsas məsələlərdə razılığa gəlməyincə, Rusiya prezidenti Vladimir Putinlə heç bir görüş istənilən nəticəni verməyəcək.
Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvlərini Ukraynanın təhlükəsizliyinin təminatçısı etmək təklifini rədd edən Zelenski hətta Çini 2022-ci ildə Ukrayna böhranının dayandırılmasına kömək etməməkdə günahlandırıb. O, Çinə qarşı əsassız ittihamlar irəli sürüb, Pekini Moskvanın “şəriki” adlandırıb”, – yazı müəllifi vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Zelenski və Avropa liderləri ilə görüşüb. Danışıqlardan sonra Tramp münaqişənin sona çatması istiqamətində “ilk yaxşı addım” atdığını bəyan edib.
Tramp deyib ki, bir neçə Avropa ölkəsi “ABŞ-la razılaşdırılaraq” Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər. Tramp Amerika quru qoşunlarının Ukraynaya göndərilməsini istisna edib, lakin ölkədəki Avropa qüvvələrinə havadan dəstək vermək imkanlarına icazə verib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 20-də deyib ki, Rusiya təhlükəsizlik təminatlarının müzakirəsində iştirak etməlidir. Moskva Çini bu prosesə cəlb etməyi təklif edib. Rusiya “bölünməz təhlükəsizlik prinsipləri”nə əsaslanan təminatları dəstəkləyir. Lavrov qalan hər şeyi “tamamilə ümidsiz bir təşəbbüs” adlandırıb.
E.ŞİRİNOV