Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna prezidenti Vladimir Zelenski Amerikanın “CBS News” nəşri jurnalistinin “Crocus City Hall”da baş verən terror aktında Ukraynanın əli olması ilə bağlı sualını cavablandırarkən gülüb.
Tezadlar.az xəbər verir ki, müsahibə teleşirkətin YouTube kanalında yayımlanıb.
“Prezident Putinin Moskva yaxınlığındakı son terror aktının hansısa şəkildə Ukrayna ilə bağlı olması və ya onun sponsorluğu ilə bağlı iddiaları sizi nə dərəcədə narahat edir? – xarici müxbir soruşub.
Cavab verən Zelenski təbəssümünü saxlaya bilməyib və baş verənlərin təfərrüatlarını anlamaq lazım olduğunu deyib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna və ABŞ-ın “Crocus City Hall”dakı terror aktına görə kimin məsuliyyət daşıması ilə bağlı ortaq versiyaya gələ bilmədiklərini bildirmişdi. Onun sözlərinə görə, Ağ Ev faciədə İslam Dövlətini (İŞİD), Kiyev isə Rusiyanı günahlandırır.
E.ŞİRİNOV