Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vladimir Zelenski Rusiya ilə danışıqlar masası arxasına oturmazdan əvvəl ilk növbədə Ukraynada rusdilli əhalinin hüquqlarını ayrı-seçkilik edən qəbul etdiyi qanunları ləğv etməli və sözün əsl mənasında məhv etməlidir.
Tezadlar.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov buna diqqət çəkib.
“Rossiya-24” telekanalına müsahibəsində o xatırladıb ki, məhz Zelenskinin dövründə “rus dilində danışanların hüquqlarını pozan qanunlar qəbul edilib: dil, təhsil, rus dilində mediaya çıxışı (məhdudlaşdıran), öz dininə etiqad hüququnu məhv edən”. “Yəni, onlar (Qərb nümayəndələri – RED.) hesab edirlər ki, bu şəxs Rusiya ilə öz bildiyi razılaşmaları təmin etməlidir. Heç kim demir ki, danışıqlara getməzdən əvvəl onun bu qanunları ləğv etməsi yaxşı fikir olardı”, – Rusiya XİN rəhbəri vurğulayıb.
Lavrov xatırladıb ki, BMT Nizamnaməsinin özündə “irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq insan hüquqlarına hörməti təmin etmək lazımdır” deyilir. “Dil və din baxımından Ukraynada BMT Nizamnaməsi kobud şəkildə pozulur”, – Rusiya diplomatiyasının rəhbəri bildirib.
E.ŞİRİNOV