6 Mart 2023 / 05:43

ZELENSKİ DÖYÜŞDƏKİ MÜRƏKKƏB VƏZİYYƏTDƏN DANIŞDI VƏ…

Rusiya artıq son çıxış yolu kimi bütün qüvvələrini səfərbər edərək Donetsk və Luqansk istiqamətində nəyəsə nail olmağa çalışır…

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, “Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır”, -deyən prezident Zelenski əlavə olaraq deyib ki, “Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”.

Zelenski, həmçinin Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə isə təşəkkürünü bildirib.

Onu da deyək ki, artıq Almaniya və Polşadan tanklar, eləcə də ABŞ-dan təyyarə ilə raket sistemi Ukraynaya çatdırılıb. Tezadlar.az xatırladır ki, bu barədə Ukraynanın “Feredoom” kanalı məlumat yayıb.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!