Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna prezidenti Vladimir Zelenski Krımın yeni ərazi quruluşu ilə bağlı fərman imzalayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin Krımdakı nümayəndəliyi məlumat yayıb.
Yeni fərmana əsasən, yarımadada ərazi icmalarının ərazilərində hərbi və hərbi-mülki idarələr yaradılacaq. Eyni zamanda, Ukrayna hökuməti bir ay ərzində Krımdakı ərazi icmalarının ərazilərini və inzibati mərkəzlərini müəyyən etməli, üç ay ərzində yeni regionların regional dövlət administrasiyalarını yaratmalıdır.
Bundan əlavə, Ukrayna yarımadaya nəzarəti bərpa etdikdən sonra hökumət Krımda dövlət hakimiyyətinin bərpası haqqında qanun layihəsini Ali Radaya təqdim etməlidir, – “Kommersant” yazır.
Qanunun əsas məqsədi yarımadanın işğaldan azad edilməsi və kommunalizasiyası üçün əsasların hazırlanması adlanır.
Bundan əvvəl Krım Parlamentinin İctimai Diplomatiya və Millətlərarası Münasibətlər Komitəsinin rəhbəri Yuri Qempel demişdi ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Krıma işğalı təşkil etmək cəhdləri Ukraynanın təslim olması ilə başa çatacaq.
E.ŞİRİNOV