3 İyul 2023 / 11:02

ZELENSKİ KRIMIN AZAD EDİLƏCƏYİNDƏN DANIŞDI

 Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində deyib ki, Krım azad olunmadıqca müharibə bitməyəcək…

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Zelenskinin sözlərinə görə, Ukrayna üçün qələbə yalnız 1991-ci il sərhədlərinin bərpasıdır. Sitat: “Hazırda Ukraynanın səyləri cənub və şərqdəki ərazilərin geri alınmasına yönəlib. Amma son məqsədimiz Krımın azad edilməsidir. Biz Ukraynanı Krımsız təsəvvür edə bilmərik”.

Tezadlar.az xatırladır ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib. Rusiya ilə Ukrayna arasında müharibə isə 2022-ci ilin fevralın 24-də başlayıb. Müharibə hələ də davam edir. Baxmayaraq ki, Rusiya rəsmiləri 2-3 günə Ukraynanı diz çökdürəcəklərini demişdilər…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!