8 Oktyabr 2025 / 21:31

Zelenski Latviyadakı səfiri geri çağırdı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Latviyadakı səfiri Anatoli Kutsevanı vəzifəsindən geri çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə fərman oktyabrın 7-də imzalanıb. Sənəddə Kutsevanın Ukraynanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri postundan azad edildiyi qeyd olunub.

Onun geri çağırılma səbəbləri və yerinə kimin təyin ediləcəyi hələlik açıqlanmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!