Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ukrayna prezidenti Vladimir Zelenski Polşanın baş naziri Donald Tuska telefonla zəng edib.
Tezadlar.az bildirir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında məlumat verib.
“Biz müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsini müzakirə etdik. Cənab Baş nazir bildirib ki, onun ölkəsi çatdırılmaq üçün 45-ci dəstək paketini hazırlayır və artıq növbəti müdafiə paketi üzərində işə başlayıb”, – Ukrayna lideri yazıb.
Zelenski Tusk ilə 2024-cü ilin sonuna qədər görüş keçirmək barədə razılaşmadan da danışıb.
Bundan əvvəl məlum olub ki, Ukrayna prezidenti Kanadanın baş naziri Castin Trüdo ilə telefonla danışıb. Kiyev və Ottava nümayəndələri ikinci “sülh sammiti”nin təşkilində əməkdaşlığı və cəbhədəki vəziyyəti müzakirə ediblər.
E.ŞİRİNOV