31 İyul 2025 / 13:31

Zelenski Putini devirməyə çağırdı

Gözlənildiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiyada hakimiyyət dəyişikliyinə çağırıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski əks təqdirdə Rusiyanın öz qonşularının vəziyyətini pisləşdirə biləcəyi fikrindədir. Sitat: “Dünyada hamı bilir ki, bu müharibəni Rusiya başladıb və məncə, onlar bu müharibəni bitirməyə məcbur edilə bilər. Amma dünya Rusiyadakı rejimi dəyişməyə çalışmasa, bu o deməkdir ki, hətta müharibə bitəndən sonra da Moskva öz qonşuluğundakı ölkələri destabilizə etməyə çalışacaq”.

Zelenski Putinindən  narazıların Kremldə də olduğunu dilə gətirib: “Onlar kimi gözləyirlər? Putin Rusiyanı da məhv edir…”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!