6 Yanvar 2026 / 15:31

Zelenski “Qətiyyətlilər Koalisiyası”nın iclasında iştirak etmək üçün Parisə gəldi

Prezident Vladimir Zelenski bu gün “Qətiyyətlilər Koalisiyası”nın iclası üçün Parisə gəlib. Tezadlar.az xatırladır ki, bu barədə prezidentin mətbuat katibi Sergey Nikiforov bildirib. Nikiforovun sözlərinə görə, Zelenskinin əvvəlcə Emmanuel Makronla ayrıca, ardınca isə Stiv Vitkov və Cared Kuşnerlə birgə görüşü planlaşdırılır. Sitat: “”Qətiyyətlilər Koalisiyası”nın iclası yerli vaxtla saat 15:00-da başlayacaq; bütün çıxışlar qapalı qapılar arxasında olacaq. Saat 18:15-də Prezident Zelenski ilə E3 liderləri: Makron, Starmer və Almaniya kansleri Fridrix Merts arasında birgə mətbuat konfransı keçiriləcək. Axşam saatlarında prezidentin rəhbərlik etdiyi Ukrayna danışıqlar qrupu da Amerika nümayəndə heyəti ilə ayrıca görüşəcək”.

Hesab edilir ki, bu iclasda olduqca vacib qərarlar qəbul ediləcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!