Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna Rusiyanın Kiyevin Avropa İttifaqına (Aİ) üzvlüyünün mümkünlüyü barədə siqnalını eşidib.
Tezadlar.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə o, Avropa Şurasının prezidenti Antonio Kosta ilə Ujqorodda keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Nəhayət, biz Rusiyadan siqnal eşidirik ki, onlar artıq Ukraynanın Avropa İttifaqına üzvlüyünü qəbul edirlər. Rusiya 2013-cü ildən bu sadə ideyaya doğru irəliləyir”, – o deyib.
Zelenski həmçinin qeyd edib ki, bu siqnal “Rusiyanın Avropadakı böyük dostları” tərəfindən də eşidilməlidir. O, yəqin ki, Macarıstan və Slovakiyanı nəzərdə tuturdu. Ukrayna prezidenti bu gün sonuncunun baş naziri ilə danışıqları planlaşdırıb.
Bundan əvvəl Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın Slovakiya və Macarıstanın Rusiya neftini almasından narazı olduğunu bildirib.
E.ŞİRİNOV