27 Avqust 2025 / 23:36

Zelenski: Təhlükəsizlik təminatları İsveçrə və ABŞ-də müzakirə olunacaq

Ukrayna nümayəndə heyəti təhlükəsizlik təminatlarını müzakirə etmək üçün İsveçrəyə, oradan da ABŞ-yə gedir.

“Tezadlar” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski özünün teleqram kanalında axşam videomüraciətində bildirib.

“Sabah İsveçrədə, cümə günü isə Amerika Birləşmiş Ştatları, Nyu-York, ABŞ prezidenti Donald Trampın komandası ilə görüşlər baş tutacaq. Təhlükəsizlik təminatlarının məzmunu üzərində işləyənlərin hamısı – hərbi, siyasi, iqtisadi komponentlər cəlb olunacaq”, – deyə Zelenski vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!