24 Sentyabr 2025 / 08:03

Zelenski: Tramp indi Putinə yox, mənə güvənir

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın indi Rusiya lideri Vladimir Putinə deyil, ona güvəndiyini bildirib.

Onun sözlərini Tezadlar.az Ukrayna KİV-nə istinadən yazır.

Zelenski Putinin Trampla “həqiqətdən uzaq məlumatı” paylaşdığını bildirib.

“İndi ABŞ prezidenti mənə daha çox güvənir”, – Zelenski brifinqdə əlavə edib.

O, həmçinin Trampla söhbətini “çox yaxşı və ən qənaətbəxş” adlandırıb.

Bundan əvvəl ABŞ lideri Putinə etibar edib-etməməsi sualına birbaşa cavab verməkdən yayınıb. Tramp bu barədə “bir ay ərzində” danışacağını qeyd edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!