Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Vladimir Zelenski iddia edir ki, ABŞ prezidenti Donald Tramp münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun sözlərinə görə, Amerika lideri “müharibə bitdikdən sonra” Kiyevə zəmanət verməyə hazır olduğunu bildirib.
Donald Trampın özü Ukraynanın sülh razılaşması əldə edildikdən sonra hansı potensial təhlükəsizlik zəmanətlərini ala biləcəyi ilə bağlı suala cavab verməkdən imtina edib. O, məsələni daha sonra ABŞ-ın avropalı müttəfiqləri ilə müzakirə etmək niyyətində olduğunu bildirib.
“Bu suala cavab vermək hələ tezdir”, – Ağ Ev rəhbəri deyib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Birləşmiş Ştatlar və Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında irəliləyiş əldə ediblər.
“Və bu, istənilən danışıqlarda əsas rol oynayacaq”, – o deyib.
E.ŞİRİNOV