Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşə hazırlaşır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, bu barədə dövlət başçısı özünün teleqram kanalında xəbər verib. Ukrayna və ABŞ liderlərinin görüşü bazar ertəsinə təyin edilib. Sitat: “Bazar ertəsi Prezident Trampla görüşə hazırlaşırıq. Dəvət üçün təşəkkür. Bütün detalları aydınlaşdırmaq, hansı addımların lazım olduğunu və nəticə verəcəyini müəyyən etmək üçün hamının liderlər səviyyəsində söhbətə ehtiyac olması ilə razılaşması vacibdir”.
“Sky News” qeyd edib ki, bazar ertəsi keçiriləcək görüş Zelenskinin fevralın sonunda Tramp və ABŞ vitse-prezidenti Jey Di.Vens ilə Oval kabinetdə görüşü zamanı yaranan mübahisədən sonra Ağ Evə ilk səfəri olacaq.