Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna prezidenti Vladimir Zelenski NATO liderlərinin plenar iclasından sonra amerikalı həmkarı Donald Trampla görüşəcək.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoye” nəşri məlumat yayıb.
Tədbirin proqramına əsasən, Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən əlavə, Danimarka, Yeni Zelandiyanın baş nazirləri və Almaniya kansleri ilə ikitərəfli danışıqlar aparacaq. Çoxtərəfli E5 formatında o, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Polşa liderləri, həmçinin NATO-nun baş katibi ilə görüşəcək.
NATO sammitində Zelenski artıq alyansın baş katibi Mark Rutte ilə görüşüb. O, Rutte ilə birlikdə sammit çərçivəsində addımları razılaşdırdıqlarını və gözlənilən nəticələrdən danışdıqlarını bildirib.
Bundan əvvəl Tramp Ukrayna liderini “yaxşı oğlan” adlandırmışdı. O, həmçinin Zelenski ilə görüşdə Kiyevin üzləşdiyi “çətinlikləri” müzakirə etməyə hazır olduğunu açıqlayıb.
E.ŞİRİNOV