5 Avqust 2025 / 19:34

Zelenski Trampla söhbətin təfərrüatlarını açıqlayıb

Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla danışdığını bildirib. O, sosial şəbəkələrdə əsas mövzunun Ukraynadakı münaqişəyə son qoyulması olduğunu yazıb.

Tezadlar.az xəbər verir ki, Zelenski söhbəti “məhsuldar” adlandırıb.

“Əsas məsələ, əlbəttə ki, müharibəyə son qoymaqdır. Biz Ukrayna və ABŞ-ın mövqelərini razılaşdırdıq. Vəziyyəti dəyərləndirdik”, – o yazıb.

Zelenskinin sözlərinə görə, digər söhbət mövzusu Rusiya Federasiyasına qarşı sanksiyalar və “Ukraynanın qorunmasına yönəlmiş birgə addımlar” olub. O qeyd edib ki, Hollandiya, İsveç, Norveç və Danimarka artıq Ukraynanın alacağı Amerika silahlarının alınması üçün bir milyard dollardan çox vəsait ayırmağa qərar verib.

“Biz ABŞ-la müdafiə sahəsində əməkdaşlığımız haqqında da danışdıq. Pilotsuz təyyarələrə dair saziş layihəsi artıq Ukrayna tərəfindən hazırlanıb, biz onu ətraflı müzakirə etməyə və yekunlaşdırmağa hazırıq”, – deyə Zelenski fikrini yekunlaşdırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!