Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski iyulun 4-də telefonla Ukraynanın Vaşinqtondakı səfirinin dəyişdirilməsini müzakirə ediblər.
Tezadlar.az xəbər verir ki, bu barədə mənbəyə istinadən “Bloomberg” məlumat yayıb.
“Kiyevin Vaşinqtondakı nümayəndəsi postuna potensial namizədlər arasında baş nazir Denis Şmıqal, baş nazirin müavini Olqa Stefanişina, müdafiə naziri Rustem Umerov və energetika naziri German Qaluşenko var”, – agentliyin mənbəsi bildirib.
Onun sözlərinə görə, Zelenski Ukrayna Xarici İşlər Nazirliyinə yeni səfirin təyinatını Amerika tərəfi ilə müzakirə etməyi tapşırıb.
“Bloomberg” bu addımın səbəblərini açıqlamır, lakin qeyd edir ki, Ukraynanın ABŞ-dakı hazırkı səfiri Oksana Markarovanın dəyişməsi “ABŞ-Ukrayna münasibətləri üçün həssas məqamda baş verir”, çünki Tramp administrasiyası keçən həftə qəfildən silah tədarükünü dayandırıb. Agentlik həmçinin qeyd edir ki, Tramp Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynaya bilməyib.
E.ŞİRİNOV